Tuesday, 04 March 2025 09:58

Bakıda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə İşçi qrupunun iclası keçirilib

3 mart tarixində Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin İşçi qrupunun iclası keçirilib.

İclasda assosiasiyaya üzv dövlətlərin dəmiryol administrasiyalarının əməkdaşları və nəqliyyat şirkətlərinin yüksək səviyyəli rəsmiləri daxil olmaqla 10 ölkədən nümayəndə heyəti iştirak edib.

İclasda TBNM BA Hüquqi Şəxslər Birliyinin İcra orqanının 2024-cü ildə fəaliyyətin yekunu üzrə hesabatı və Trans-Xəzər marşrutu ilə daşımaların təhlili dinlənilib. Həmçinin iştirakçılar 2025-ci ildə TBNM üzrə təsdiqlənmiş tarif dərəcələrinə düzəlişlər, rəqəmsallaşma haqqında saziş layihəsi, eləcə də Xəzər dənizi limanları arasında fider bağlantısının təşkili və fider gəmilərin yüklənməsinin təmin edilməsi haqqında saziş layihələrini müzakirə ediblər.

Sonda İşçi qrupunun protokolu imzalanıb. Bu barədə “Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları”-na istinadən xəbər verir.

 

 

 

Read 6 times

 

NEWS