Monday, 03 March 2025 15:04

Beynəlxalq Elektron Əmtəə Nəqliyyat Qaiməsinin Azərbaycanda tətbiqi üzrə ilk texniki iclas keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın eCMR-ə (Beynəlxalq Elektron Əmtəə Nəqliyyat Qaiməsi) keçidi üçün hazırlanacaq yol xəritəsinin müzakirəsi məqsədilə ilk texniki iclas keçirilib.

Görüşdə BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin Ticarət və Elektron Biznesin Asanlaşdırılması Mərkəzi (UN/CEFACT) katibliyinin ekspertləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri beynəlxalq yükdaşımalarda rəqəmsal transformasiya üçün ölkənin milli hədəflərini təqdim ediblər. İştirakçılar sistemin fasiləsiz fəaliyyətinin təmin olunması üçün əsas mərhələləri və strategiyaları müzakirə ediblər. Tərəfdaşlar bu rəqəmsal təşəbbüsün uğurlu həyata keçirilməsi üçün əməkdaşlıq etməyə dair öhdəliklərini bir daha təsdiqləyiblər.

Bu barədə “Caspian Energy Media” Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə istinadən xəbər verir.

 

Read 2 times

 

NEWS