Thursday, 06 March 2025 14:51

AMB ilə Gürcüstan Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Gürcüstan Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən məmnun olduq. Görüş zamanı qurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirə etdik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq. Əməkdaşlıq əlaqələrinin daha da gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzaladıq. Bu memorandum hər iki ölkənin mərkəzi bankları arasında tərəfdaşlığın inkişafına və maliyyə sektorlarının möhkəmlənməsinə töhfə verəcəkdir. Əminik ki, bu əməkdaşlıq uzunmüddətli və uğurlu olacaqdır”, - deyə paylaşımda qeyd edilib.

 

Read 3 times

 

NEWS