Wednesday, 14 May 2025 12:55

Azərbaycan və Moldova enerji əməkdaşlığını genişləndirməyi müzakirə ediblər

Azərbaycan və Moldova arasında investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

“Caspian Energy Media” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, müzakirələr Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Doina Nistor görüşdə baş tutub. “Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İllik Toplantısı çərçivəsində xanım Doina Nistor ilə görüşdük. Moldova ilə iqtisadi əlaqələrin inkişaf istiqamətlərini, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçirdik”, - o vurğulayıb.

 {gallery}rwrw{/gallery}

Read 67 times Last modified on Wednesday, 14 May 2025 10:30

 

NEWS