Super User

Super User

AvtomatikaAz MMC və Latviyanın Goldingen.Tech şirkətinin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə Avtomatika.az MMC-nin təsisçisi və direktoru Xalid Səmədov  bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqa şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin  genişlənməsi olub.

AvtomatikaAz MMC 2019-cu ildən Azərbaycan Respublikasının daim inkişaf edən sənaye avtomatlaşdırma sənayesinin aparıcı şirkətlərindən biridir. Fəaliyyətinin əsas istiqaməti istehsal proseslərinin avtomatlaşdırılması, sənaye avadanlıqlarının istehsalı, eləcə də onun üçün ehtiyat hissələrinin satışıdır. İnşaat, kimya, tekstil və qida sənayesində fəaliyyət göstərən şirkət tam yerli və milli PLC, SCADA, eləcə də bütün avtomatlaşdırma həllərini təklif edir.

Goldingen.Tech şirkəti ABŞ, Kanada, İslandiya, Finlandiya, Norveç, Gürcüstan, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Rusiya, Yaxın Şərq və Afrika (MENA), Cənubi Koreya və digər ölkələri əhatə edən qlobal müştərilərə uğurlu layihələr təqdim etmək üzrə güclü təcrübəyə malikdir. Geniş təcrübə şirkətə dünya miqyasında yerləşən müxtəlif layihələrə unikal perspektiv bəxş edir. Goldingen.Tech-in təcrübəli mühəndis və dizayner komandası istənilən layihənin öhdəsindən inamla gələ bilər.

Qeyd edək ki, bu görüşlər LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.

Axiom və Sunstar Group şirkətlərinin nümayəndələri arasında görüş keçirilib. Axiom və Latviyanın Sunstar Group şirkətinin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə Axiom-un direktoru Ceyhun Fərəcov bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqa şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin  genişlənməsi olub.

Axiom MMC avtomobil izləmə və avto parkın idarə olunması sahəsində ixtisaslaşmışdır. 2012-ci ildən etibarən Türkiyənin tanınmış nəqliyyat izləmə firması olan Mobiliz ilə əməkdaşlıq yaradaraq, avto parka sahib olan şirkətlərə təhlükəsizliyin, məhsuldarlığın və qənaətliliyin artırılması üçün həllər təqdim edir. Şirkətin məqsədi avtoparka sahib olan şirkətlərin həmin avtoparkları daha təhlükəsiz, məhsuldar, və qənaətli idarə edə bilməsi üçün lazım olan həllərə əl çatanlığını asanlaşdırmaqdır.

Sunstar Group İş Sağlamlığı və Təhlükəsizliyi modelini və iş mühitinin inkişaf strategiyasını həyata keçirən şirkətdir. Sunstar Group-un əsas məqsədi insanlara və onların rifahına yönələn əməyin mühafizəsi proseslərinin idarə edilməsini dəyişdirmək və eyni zamanda qaydalara riayət etməkdir.

Qeyd edək ki, bu görüşlərin LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.

Azərsu ASC və Latviyanın Profecto şirkətinin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə Azərsu ASC Mərkəzi Laboratoriyasının direktoru Elçin Əliyev bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqa şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin  genişlənməsi olub.

Azərsu ASC Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb. "Azərsu" ASC suyun mənbələrdən götürülməsi, emalı, nəqli, anbarlanması və paylanmasını təşkil edir, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edir və onlara kanalizasiya xidmətləri göstərir, tulantı suların toplanması, nəqli, emalı və kənarlaşdırılmasını həyata keçirir. Səhmdar Cəmiyyət içməli və tullantı su sistemlərinin layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmətlərin göstərilməsini təmin edir.

Profecto texniki tələblərin və bu tələblərin İT proqram həllərinə tərcüməsi sahəsində ixtisaslaşmışdır. Profecto həm iş adamları, həm də İT təchizatçıları ilə biznes ehtiyaclarına cavab verən həllər üzərində işləyir. Şirkət irimiqyaslı veb əsaslı layihələrdə 20 illik təcrübəyə malikdir.

Qeyd edək ki, bu görüşlərin LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.

Yağmur-2 MMC və Latviyanın Eco Baltia şirkətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə Yağmur-2 MMC-nin baş direktoru Namiq Haciyev bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqa şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin  genişlənməsi olub.

Yağmur-2 MMC Azərbaycanın bütün ərazisi boyu suvarma sistemləri sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkətin məhsul portfeli çoxillik əkin sahələri, tərəvəz sahələri üçün damla suvarma sistemləri, landşaft, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və böyüdülməsi üçün yağmurlama sulama sistemləri, həmçinin idman meydançalarının sulanması üçün nəzərdə tutulmuş suvarma sistemlərindən ibarətdir. Bununla bərabər şirkət istixanalarda suvarma sistemlərinin tətbiqi üzrə böyük təcrübəyə malikdir.

Eco Baltia dövriyyə baxımından Baltikyanı ölkələrin ən böyük multiservisli tullantıların idarə edilməsi qrupudur. Eco Baltia-nın biznesi Latviyada tullantıların bərpasından tutmuş tullantıların toplanmasına, təkrar emal olunan məhsulların çeşidlənməsinə və ticarətinə və nəhayət təkrar emala qədər bütün tullantıların idarə olunması zəncirini əhatə edir.

Qeyd edək ki, bu görüşlərin LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.

Linguist 26 may - 2 iyun tarixlərində LEF Network Azerbaijan layihəsi çərçivəsində baş tutan işgüzar səfərə qatılıb. Bu barədə Linguist şirkətinin təsisçisi və direktoru Nəzrin  Məmmədova bildirib.

Qeyd edək ki, səfər çərçivəsində Caspian Energy Club üzvləri Latviya, Estoniya və Finlandiyanı ziyarət edəcəklər. Səfərdə iştirak edən Linguist şirkətinin təsisçisi və direktoru Nəzrin  Məmmədova Caspian Energy Media-ya səfərdən gözləntiləri barədə məlumat verib. Onun sözlərinə görə, artıq Latviyanın Turiba Universiteti ilə müqavilə imzalanıb. Mayın 28-də isə Latviya Universiteti ilə müqavilə planlaşdırılır. Tallin və Helsinkidə də həmçinin universitet və dil mərkəzləri ilə yeni anlaşmalar planlaşdırılır. “Biz bəzi təhsil müssəsilərə ilə mübadilə proqramları çərçivəsində müəyyən işbirliyi yaradmağı da düşünürük”, - Linguist şirkətinin təsisçisi və direktoru Nəzrin  Məmmədova bildirib.

Xatırladaq ki, Caspian Energy Club International European Union Central Baltic proqramı tərəfindən yaradılmış LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşı seçilib. 3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Keçən il start verilən layihə yaxın 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq. Bu layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyanın şirkətləri ilə Azərbaycan arasında 36 ay ərzində İKT, yaşıl texnologiyalar və təhsil sahələrində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları sırasında Latviyanın Ticarət və Sənaye Palatası, Estoniyanın Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti kimi qurumları yer alıblar.

Baku Power 4-6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirələcək 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini Power Bank xidməti ilə təmin edəcək.  Bu barədə Caspian Energy Media-ya Baku Power şirkətinin direktoru Rəşad Cəbrayılov bildirib.

Baku Power şirkəti, Azərbaycanda fəaliyyət göstərən restoran, otel, biznes mərkəzləri, gözəllik salonları və bu kimi digər təşkilatlar üçün innovativ Power Bank xidmətini təqdim etməkdədir. Təklif edilən xidmət, müəssisələrin və təşkilatların enerji ehtiyatını daha effektiv şəkildə idarə etməyə və istədikləri zaman enerji təminatını artırmağa kömək edir. Daha ətraflı məlumat üçün https://bakupower.az/ saytına müraciət edə bilərsiniz.

Azərbaycan Repsublikasının Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Qanununa əsasən, Azərbaycan Repsublikasının Mərkəzi Bankının müvafiq tələblərinə uyğun olaraq ilk Elektron Pul Təşkiları lisenizyasını alan şirkətlərdən biri də “United Payment” MMC olub.  Bu barədə Caspian Energy Media-ya “United Payment” MMC-nin icraçı direktoru Edqar Abdullayev bildirib.

“Elektron Pul Təşkilatı lisenziyasını aldıqdan sonra, "United Payment" MMC ilk olaraq, Türkiyədə məşhur olan "TURAN" mobil tətbiqini ödəniş xidməti kimi istifadəçilərinin xidmətinə təqdim edəcəkdir. Növbəti etaplarda, qardaş Türkiyənin uğurlu təcrübəsinə və Azərbaycan Respublikasnın Mərkəzi Bankının yönləndirməsinə uyğun olaraq, FaaS (fintech as a service) modeli ilə, dayanıqlı və təhlükəsiz elektron pul (elektron cüzdan) xidmətlərinin digər təsərrüfat subyektlərinə də təqdim edilməsini planlaşdırır. Bununla da, prudensial çərçivələrdə idarə edilən, innovativ və təhülkəsiz maliyyə texnologiyaları həllərini digər korporativ müştərilərinə dayanıqlı şəkildə təqdim etməklə, Azərbaycanda yeni ödəniş alətlərinin genişlənməsinə və nəğdsiz hesablaşmaların inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir”, - deyə Edqar Abdullayev bildirib.

Qeyd edək ki, 2020-ci ildən Azərbaycanda təsis edilməyə başlamış “United Payment” maliyyə sahəsində bir sıra xidmətlər təqdim edir. Daha ətraflı məlumat əldə etmək üçün +994512016926, +994124880838 nömrələrinə zəng edə və ya This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına məktub yaza bilərsiniz.

My Group LLC will patronize the Shafa football club. This was said by Fariz Sultan-Ahmadi, a member of the board of My Group Holding, to Caspian Energy Media.

The new president and vice president positions were established by the decision of the founder. According to the passed decision, Sardar O. Salmanzade was appointed the president, and Kanan S. Sadiqli and Sultan-Ahmadi T. Fariz were appointed vice presidents.

It is noteworthy that the Shafa football club, founded in 1998, earned the trust of the football community and fans within a short period of time.

Token Azerbaijan LLC (Odero) has become the first payment institution that got a license under the Azerbaijan Republic law on ‘Payment services and payment systems’, and in compliance with relevant requirements of the Central Bank of Azerbaijan, Caspian Energy Media reports with reference to Odero.

Having applied to the Azerbaijan Republic Central Bank in accordance with the requirements of the law, Odero successfully completed the licensing process whereupon it performs payment transactions through virtual POS on the basis of the Central Bank's license No. ÖT-001. accepts payments through links and QR, and executes recurring and subscription payments based on card memory.

It should be noted that Odero is part of Koch Holding, which is on the Fortune 500 list, and serves customers in Azerbaijan with online payment acceptance and e-commerce solutions. To get more detailed information about Odero's products and services, you can visit https://odero.az/ , the Information Center at 012 310 57 10, or its pages on various social networks.

Министр науки и образования Азербайджана Эмин Амруллаев заявил, что в сфере науки и образования ожидаются новшества.

Как сообщает Caspian Energy Media со ссылкой на Report, об этом он сказал на конференции "Образование в повестке зеленого роста".

По словам министра, по мере того, как меняется мир, появляются и новые специальности.

 

NEWS