Wednesday, 24 December 2025 05:00

"Caspian Energy Club"ın nümayəndə heyəti “Səhiyyə sistemi ”işçi qrupunun video-konfrans formatında növbəti iclasında iştirak edib

"Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva 15  dekabr 2025-ci il tarixində saat 15.00-da Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi ”işçi qrupunun video-konfrans formatında növbəti iclasında iştirak ediblər.  

İclasda gündəliyə müvafiq olaraq səhiyyə sahəsində ölüm səbəbləri, ölüm səbəbləri üzrə statistik göstəricilərin təhlili aparıldı,  həmçinin Ailə Sağlamlıq Mərkəzlərinin, tibb məntəqələrinin fəaliyyəti, bu sahə üzrə yeniliklər və irəliləyişlər barədə məlumatlar verildi. Eyni zamanda  qurumlar tərəfindən əvvəlki iclasın yekunu üzrə  verilmiş tapşırıqlara dair məlumatlar dinlənildi. Sonda 2026-cı il üzrə Fəaliyyət Planına dair təkliflər  müzakirə edildi və növbəti iclas üçün qrup üzvlərinə tapşırıqlar müəyyənləşdirildi.

Read 10 times

 

NEWS