Thursday, 25 December 2025 05:00

"Caspian Energy Club"ın nümayəndə heyəti “Əmək bazarı” işçi qrupunun növbəti iclasında iştirak edib

"Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupunun növbəti iclasında iştirak ediblər. 

İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev və işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər. 

İşçi qrupunun 2026-cı il üçün Fəaliyyət Planı, habelə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2026-cı il üzrə Yol Xəritəsi layihələri çərçivəsində görüləcək işlərə dair təqdimatlar edilib. 

Görüşdə həmçinin əmək bazarının inkişaf etdirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi və işçi qüvvəsinin bacarıqlarının artırılması istiqamətlərində görülmüş işlərdən bəhs edilib. Növbəti ildə bu sahələrdə həyata keçiriləcək tədbirlər müzakirə olunub.

Read 8 times

 

NEWS