Tuesday, 09 July 2024 11:25

DVX əməkdaşları MDB-yə üzv ölkələrin vergi orqanlarının gənc əməkdaşlarının Forumunda iştirak ediblər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin gənc əməkdaşlarından və “Uğur yolu” müsabiqəsinin qaliblərindən ibarət nümayəndə heyəti MDB iştirakçısı olan ölkələrin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurası çərçivəsində Rusiya Federasiyasının Vladivostok şəhərində keçirilən vergi orqanlarının gənc əməkdaşlarının Forumunda iştirak ediblər.

Caspian Energy Media DVX-yə istinadla xəbər verir ki, forumun maraqlı tərəflərindən biri də MDB ölkələrinin mədəniyyətlərinin inteqrasiyası ilə bağlı hissə olub. Burada ölkələrin milli çay ənənələri təqdim edilib. Azərbaycan nümayəndə heyətinin ölkəmizin milli çay adətləri və şirniyyat süfrələri bağlı təqdimatı iştirakçılarda böyük maraq yaradıb. Bununla yanaşı, üzv ölkələrin ənənələri və dəyərlərinin öyrənilməsi məqsədilə digər təqdimatlar edilib.

Daha ətraflı

Read 444 times

 

NEWS