Tuesday, 30 July 2024 15:37

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 35 trln. dolları keçib

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 35 trilyon dolları keçib. Xatırladaq ki, yanvarda ABŞ-nin dövlət borcu 34 trilyon dollara yüksəlib.

Caspian Energy Media “Banker.az”a istinadla xəbər verir ki, ABŞ-nin hazırkı dövlət borcu adambaşına 104 min dollara və ya ailə başına 266 min dollara bərabərdir. Materialda o da göstərilir ki, ABŞ prezidenti Co Bayden 2021-ci ildə vəzifəyə gəldikdən sonra dövlət borcu 7.25 trilyon dollar artıb.

Konqresin büdcə idarəsi 2034-cü ilə qədər ABŞ-nin milli borcunun 50.7 trilyon dollara və ya ölkənin ÜDM-nin 122%-nə qədər artacağını proqnozlaşdırır. ABŞ Maliyyə Naziri Janet Yellen ölkənin milli borcunun “olduqca idarə oluna bilən” olduğunu, lakin gələcəkdə səlahiyyətlilərin kəsirin azaldılmasını təmin etmək üçün tədbirlər görməli olacağını söyləyib.

Read 415 times

 

NEWS